Qətərin "Əl-Sədd" klubunun baş məşqçisi Xavi Hernandes koronavirusdan sağalıb. FutbolPlanet.Az xəbər verir ki, bu barədə 40 yaşlı mütəxəssis "İnstaqram" hesabında paylaşım edib. O, artıq sağaldığını və evinə qayıtdığını bildirib: "Son günlərdə yazılan mesajlara və dəstəyə görə hər kəsə təşəkkür edirəm. Artıq sağaldığımı və evə qayıtdığımı sizinlə bölüşə bilərəm".