AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək. FutbolPlanet.Az xəbər ki, iyulun 30-dakı tədbir videokonfrans formatında təşkil olunacaq. İclasın gündəliyinə daxil olunan yeganə məsələ “Qəbələ” və “Zirə” klublarının müraciətidir. Hər iki klub Azərbaycan Premyer Liqasının 2020/21-ci il mövsümündə iştirakla əlaqədar AFFA tərəfindən maliyyə yardımının göstərilməsi ilə bağlı müraciət ünvanlayıb.