21-ci əsrdə penaltidən ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb. FutbolPlanet.Az xəbər verir ki, "GiveMeSport" nəşrinin hazırladığı siyahıya “Yuventus”un hücumçusu Kriştiano Ronaldo başçılıq edir. Portuqaliyalı futbolçu 2000-ci ildən indiyədək 114 penaltini dəqiq yerinə yetirib. "Barselona" və Argentina millisinin kapitanı Lionel Messi ilə "Roma"nın canlı əfsanəsi Françesko Totti hərəyə 75 penalti ilə 2-ci yerdə qərarlaşıblar. 64 dəfə penaltidən rəqib qapılarına yol tapan "Milan"ın forvardı Zlatan İbrahimoviç isə 3-cüdür. İlk "10-luq"da Frenk Lempard (50), Edinson Kavani (48), Stiven Cerrard (46), Alessandro Del Pyero, Ronaldinyo (hər ikisi 44) və Serxio Aquero (41) da yer alıb.