Portuqaliyanın “Braqa” klubunun yeni baş məşqçisi müəyyənləşib. FutbolPlanet.Az xəbər verir ki, komandanı Karlos Karvahal çalışdıracaq. 54 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Braqa şəhərindən olan Karvahal keçən mövsüm ölkəsinin “Rio Ave” klubunu çalışdırıb.