"Trabzonspor" baş məşqçi axtarışlarını davam etdirir. FutbolPlanet.Az xəbər verir ki, "bordo-mavilər" ötən mövsümün gedişində "Beşiktaş"dan ayrılan Abdullah Avcı ilə danışıqlar aparır. Türkiyə mətbuatının məlumatına görə, 56 yaşlı mütəxəssislə danışıqlar müsbət gedir. Super Liqa təmsilçisinin Türkiyə kubokunun finalından sonra Avcı ilə 3 illik müqavilə imzalayacağı gözlənilir.