“Arsenal”ın müdafiəçisi Şkodran Mustafi əməliyyat edilib. FutbolPlanet.Az xəbər verir ki, İngiltərə Federasiya kubokunun yarımfinalında “Mançester Siti” ilə oyunda zədələnən almaniyalı futbolçunun əməliyyatı uğurlu alınıb. 28 yaşlı futbolçu oktyabrda məşqlərə başlayacaq.