Bu gün Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) yaranmasından 12 il ötür. FutbolPlanet.Az xəbər verir ki, 2008-ci ilin iyulun 2-də yaradılan qurum 1 yaş da böyüyüb. 

PFL 12 il əvvəl AFFA-nın inzibati binasında keçirilən iclas zamanı assosiasiya prezidenti Rövnəq Abdullayev tərəfindən yaradılıb. Həmin vaxtdan liqanın prezidenti Ramin Musayevdir. PFL prezidenti bu vəzifəyə 3 dəfə seçilib.

Sözügedən qurum bu 12 ildə daxili yarışları keçirir. Azərbaycan Premyer Liqası, I Divizion və Azərbaycan kubokunu təşkil edən PFL yarandığı vaxtdan indiyədək bir sıra yeniliklərə də imza atıb.

Həmçinin bu illər ərzində çempionatın səviyyəsi nəzərəçarpan dərəcədə artıb, bunun nəticəsində klublarımız beynəlxalq arenada daha uğurlu çıxış edib.

FutbolPlanet.Az saytı PFL-i 12 yaşı münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzulayır.