Dortmund “Borussiya”sı futbolçusu Roman Bürki ilə yeni müqavilə imzalayacaq. FutbolPlanet.Az xəbər verir ki, məlumatı isveçrəli qapıçı verib. O, klubu ilə razılığa gəldiyini və yaxın günlərdə rəsmi açıqlamanın veriləcəyini bildirib. İsveçrə millisinin üzvü ilə yeni müqavilənin müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub.