İtaliya kubokunun yarımfinalında “İnter”lə keçirilən görüş “Napoli”nin hücumçusu Dris Mertens üçün əlamətdar olub. FutbolPlanet.Az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan oyunda fərqlənən belçikalı futbolçu “Napoli”nın heyətində 122-ci qolunu vurub. O, bununla da Neapol təmsilçisinin tarixində ən çox qol vuran futbolçu olub. 33 yaşlı forvard 310 oyuna bu rekorda imza atıb. Bunadək sözügedən rekord Marek Hamşikə məxsus idi. Slovakiyalı yarımmüdafiəçi 520 oyuna 121 qol vurmuşdu. Əfsanəvi Dieqo Maradona isə 259 oyuna 115 qolla 3-cü yerdə qərarlaşıb.