“Real”ın baş məşqçisi Zinəddin Zidan Madrid klubunun çalışdırıcıları arasında La Liqada qələbə sayına görə ikincidir. FutbolPlanet.Az xəbər verir ki, fransız mütəxxəsis bu göstəriciyə La Liqanın 28-ci turunda “Eybar” üzərində qələbə (3:1) ilə nail olub. Bu, “Real”ın Zidanın rəhbərliyi ilə 90-cı qələbəsidir. Zidan bununla da Leo Benhakkeri (89) qabaqlayıb və yalnız Migel Munosdan (257) geri qalır.

Qeyd edək ki, “Real” Zidanla ümumlikdə 200 oyunun 132-də qalib gəlib.