FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. FutbolPlanet.Az xəbər verir ki, yığmamızın mövqeyi dəyişməyib. Komandamız 1177 xalla 114-cü yerdə qalıb. Koronavirus pandemiyası səbəbindən yarışlar dayandığı üçün digər yığmaların mövqelərində də dəyişiklik olmayıb.

Siyahıya 1765 xalla Belçika başçılıq edir. Fransa 1733 xalla 2-ci, Braziliya 1712 xalla 3-cüdür.