"Neftçi”nin "Qəbələ” ilə keçirəcəyi sınaq matçının vaxtı dəyişdirilib. FutbolPlanet.Az xəbər verir ki, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi iyunun 14-də deyil, 13-də oynanılacaq. Nazirlər Kabineti yanında Operativ Qərargahın bu ayın 14-15-də yaşayış yerini tərk etməklə bağlı qadağa qoyması buna səbəb olub. "Bakcell Arena”da keçiriləcək yoxlama görüşü saat 19:00-da başlanacaq.