Azərbaycan Premyer Liqasında mövsümünün bərpasına hazırlaşan “Zirə” və “Səbail” bu gün yoxlama görüşündə üz-üzə gəliblər. FutbolPlanet.Az xəbər verir ki, paytaxt təmsilçiləri Zirə İdman Kompleksinin meydançasında qarşılaşıb. Bu oyunda da 4 qol vurulub və tərəflər "sülh"ə razılaşıblar - 2:2.