"Milan"da oynayan Samuel Kastilyexo silahlı hücuma məruz qalıb. FutbolPlanet.Az xəbər verir ki, bu barədə ispaniyalı yarımmüdafiəçi İnstaqram hesabında məlumat yayıb. O, silahlı şəxslər tərəfindən soyulduğunu açıqlayıb: “Milanda hər şey qaydasındadır? Mən üzümə silah tutan iki nəfər tərəfindən soyuldum. Ancaq yaxşıyam. Yalnız saatımı aldılar”.

Qeyd edək ki, 2018-ci ildən “Milan”da çıxış edən Kastilyexo bu mövsüm 19 oyuna 1 qol vurub.