UEFA-nın Çempionlar Liqası ilə bağlı növbəti planı müəyyənləşib. FutbolPlanet.Az xəbər verir ki, qurumun İcraiyyə Komitəsi 1/8 final mərhələsinin cavab matçlarını avqustun 8-9-da keçirməyi planlaşdırır. Avqustun 12-dən isə Portuqaliyanın Lissabon şəhərində 8 komandadan ibarət mini-turnir təşkil olunacağı gözlənilir. Oyunların "Jose Alvalade" və "Estadio da Luş" stadionlarında keçirilməsi nəzərdə tutulub.

UEFA İcraiyyə Komitəsinin iclası iyunun 17-də olacaq.