"Neftçi" Braziliyanın B Seriyası təmsilçisi "Quarani"nin futbolçusu Tallison Auqustonu heyətinə qatıb. FutbolPlanet.Az xəbər verir ki, paytaxt təmsilçisi 28 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalayıb. "Quarani"nin icraçı direktoru Miçel Alves futbolçunun Azərbaycanda oynayacağını təsdiqləyib. O, Tallisona təklif olunan məbləğin yüksək olduğunu deyib. "Neftçi"nin yaxın vaxtlarda bu transferi təsdiqləyəcəyi gözlənilir.

Auqusto ölkəsində "Flamenqo" və "Vitoriya" kimi klublarda oynayıb.