Millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Vulverhepmton” Brayt Enobokare ilə yollarını ayırıb. FutbolPlanet.Az xəbər verir ki, 2 il ərzində qol hesabını aça bilməyən nigeriyalı forvardın müqaviləsi yenilənməyib. Baş məşqçi Nunu Eşpiritunun klubun U-23 komandasında çıxış edən hücumçular - Raul Ximenes, Leonardo Kampanya və Renat Dadaşova üstünlük verəcəyi qeyd olunub.

“Vulverhempton”un əsas komandasında debüt etməyən 21 yaşlı Dadaşov bu mövsüm U-23-də ümumilikdə 7 qol vurub.