PSJ “İnter”dən icarəyə götürdüyü Mauro İkardinin transfer hüququna yiyələnib. FutbolPlanet.Az xəbər verir ki, argentinalı futbolçu ilə 2024-cü ilin iyunun 30-dək müqavilə imzalanıb. Paris təmsilçisi bu keçid üçün 50+7 milyon avro təzminat ödəyib. 27 yaşlı hücumçunun illik maaşı 8 milyon avro olacaq. İkardi başa çatan Fransa çempionatında 20 keçirib və 12 qol vurub, 2 assist edib.