"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba komandadan ayrılmağa hazırdır. FutbolPlanet.Az xəbər verir ki, fransız futbolçu üçün əsas prioritet Madrid "Real"ına getməkdir. 27 yaşlı futbolçu PSJ və ya keçmiş komandası "Yuventus"a keçməyə müsbət yanaşır. "Real"ın baş məşqçisi Zinəddin Zidan yarımmüdafiəçinin sərəncamında görmək istədiyi barədə iddialar yayılmışdı. "Yuventus"un isə maliyyə tələblərinə görə bu keçidi həll edəcəyi çətin görünür. PSJ-nin isə bu transfer reallaşdıra biləcəyi istisna edilmir. Poqbanın "Mançester Yunayted"lə müqaviləsi 2021-ci ilin iyunun 30-da başa çatacaq. O, bu mövsüm 8 oyunda 2 assist edib.