"Atalanta"nın baş məşqçisi Can Pyero Qasperini Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində "Valensiya" ilə oynanılan matç (3:4) ərəfəsində koronavirusa yoluxduğunu və buna baxmayaraq, matça çıxdığını bildirib. FutbolPlanet.Az xəbər verir ki, "Valensiya" məsələ ilə bağlı bəyanat yayıb: "Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Mestalya"da "Atalanta" ilə oynanılan matçda rəqib komandanın baş məşqçisinin koronavirus simptomlarından əziyyət çəkməsinə baxmayaraq, oyuna çıxdığını etiraf etməsini təəccüblə qarşıladığımızı bildirmək istəyərdik. O, profilaktik tədbirlərə əməl etməyərək çoxlu sayda insanın həyatını riskə atıb".

İki oyunun ümumi nəticəsinə görə "Valensiya"nı 8:4 hesabı ilə üstələyən "Atalanta" Çempionlar Liqasında 1/4 finala yüksəlmişdi.