"Neftçi"də iki ayrılıq reallaşıb. FutbolPlanet.Az xəbər verir ki, Donald Gerye və Baqali Dabo klubla vidalaşıblar. Sözügedən oyunçuların komanda ilə müqaviləsi dünən bitib. Artıq Dabo Kiprin "Apollon" klubu ilə 1+1 illik anlaşıb. Bu arada, paytaxt təmsilçisi gənc müdafiəçisi Anton Krivotsyukla müqaviləni uzadıb. 21 yaşlı futbolçu ilə sözləşmə 2022-ci il mayın 31-dək yenilənib.