Rusiyanın "Ufa" klubu mayın 31-də sözləşməsi başa çatan bir neçə futbolçusu ilə müqavilənin müddətini uzadıb. FutbolPlanet.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb Müqaviləsi uzadılanlar arasında Azər Əliyev də var. Azərbaycanlı futbolçu ilə yanaşı Aleksandr Puçko, Boyan Yokiç, Aleksey Nikitin, Aleksandr Suzov və Pavel Alikin mövsümün sonunadək "Ufa"da qalacaq.