"İnter" Eşli Yanqla müqavilənin müddətini uzadıb. FutbolPlanet.Az xəbər verir ki, bu barədə klubun idman direktoru Pyero Auzilio məlumat verib. O, ingilis müdafiəçi ilə müqavilənin müddətini 1 il uzatmaq seçimindən istifadə etdiklərini bildirib.

Yanq qışda 1.5 milyon avroya “Mançester Yunayted”dən Milan klubuna keçib. O, “İnter”də ümumilikdə 7 oyuna 1 qol vurub, 1 qol ötürməsi edib.