"Çelsi"nin vingeri Villian "Barselona", "Liverpul", "Arsenal" və "Korintians"ın maraq daxilindədir. FutbolPlanet.Az xəbər verir ki, Villian uğrunda gedən mübarizədə "Arsenal" favoritdi. "Topçular"ın bu yay "Çelsi" ilə müqaviləsi başa çatacaq 31 yaşlı futbolçunu heyətinə qatmağa yaxın olduğu bildirilir. Villian 2013-cü ildən "zadəganlar"ın heyətində çıxış edir. Cari mövsümdə 31 matçda meydana çıxan braziliyalı oyunçunun aktivində 7 qol, 6 məhsuldar ötürmə var.