Rusiyanın Rostov şəhərində təlim-məşq toplanışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib. FutbolPlanet.Az xəbər verir ki, "Rostselmaş" komandası ilə qarşılaşan yığmamız 3:4 hesabı ilə uduzub. Komandamızın heyətində Xəqani Sadıxov dubl edib, digər qolu isə Kamran Quliyev vurub.