"Real" "Bavariya"nın futbolçusu David Alabanı transfer etmək istəyir. FutbolPlanet.Az xəbər verir ki, Madrid klubu avstriyalı müdafiəçi ilə yaxından maraqlanır. Bildirilib ki, "Real"ın baş məşqçisi Zinəddin Zidanın Albanın transferinə razılıq verib. Hazırda problemin onun yüksək qiyməti və maaşı olduğu vurğulanıb.

Qeyd edək ki, Alabanın "Bavariya" ilə hazırkı müqavilə 2021-ci ilin yayında başa çatır. Klub ona yeni müqavilə təklif etsə də, 27 yaşlı futbolçunun yeni meneceri Pini Zahavi danışıqları dayandırıb.