“Zirə”nin futbolçusu Skarlatake Premyer Azərbaycan Premyer Liqasında 175 oyun keçirib. FutbolPlanet.Az xəbər verir ki, rumıniyalı müdafiəçi hazırda ölkə çempionatında çıxış edən legioner statuslu oyunçular arasında bu göstəricidə rekordçudur. Milliləşən legionerləri saymasaq, yalnız 4 əcnəbi 100 və ya daha çox oyun keçirib. "Zirə"nin vitse-kapitanı digər üç futbolçunu qabaqlayır.