"Mançester Siti" Perunun "Alianza Lima" klubunun futbolçusu Kluivert Aqiları transfer edib. FutbolPlanet.Az xəbər verir ki, bu barədə Peru təmsilçisinin saytı məlumat yayıb. 16 yaşlı müdafiəçinin 18 yaşına çatandan sonra Mançester klubuna qoşulacağı bildirilib. Transferin təzminat qiyməti barədə məlumat verilməyib. Aqilar Perunun gənclər millisində çıxış edir.