PSJ Neymarı komandada saxlamaq istəyir. FutbolPlanet.Az xəbər verir ki, Paris klubu braziliyalı hücumçuya 2025-ci ilin yayına kimi davam edəcək müqavilə təklif etməyə hazırdır. Əgər Neymar bu təklifi qəbul etsə, onda hər mövsümə 38 milyon avro qazanacaq. 28 yaşlı oyunçunun PSJ ilə hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatır.