Adı millimizlə yanaşı çəkilən Cianni De Byazi maraqlı açıqlamalar verib. FutbolPlanet.Az xəbər verir ki, təcrübəli çalışdırıcı yığma komandamızdan təklif aldığınl üstüörtülü də olsa, təsdiq edib: "Millidə işləmək maraqlı təcrübədir. Yığma komanda klubdan fərqlidir. Aylarla fasilədən sonra bir araya gələn futbolçularla oyuna hazırlaşmaq asan deyil. Məni maraqlandıran bir layihə axtarıram. Ancaq ilk növbədə bu sağlamlıqla bağlı dünyada yaranan problemin necə həll olunacağını gözləməliyik. İranla qonşu ölkəyə getməyə yaxın idim. Hər şey son anda dəyişdi. Əlavə olaraq koronavirus problemi də ortaya çıxdı".