FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. FutbolPlanet.Az xəbər verir ki, millimizin mövqeyi dəyişməyib. Komandamız 1177 xalla 114-cü yerdə qalıb. Koronavirus pandemiyası səbəbindən yarışlar dayandığı üçün digər yığmaların mövqelərində də ciddi dəyişiklik olmayıb. Yeganə dəyişiklik Cənubi Sudan millisinin yoldaşlıq maçında Yamaykaya 0:2 hesabı ilə uduzmasından sonra 168-ci sıraya geriləməsidir.

Qeyd edək ki, siyahıya 1765 xalla Belçika başçılıq edir. Fransa 1733 xalla 2-ci, Braziliya 1712 xalla 3-cüdür.