"Roma"nın baş məşqçisi Paulu Fonseska mövsümün əvvəlində "Mançester Yunayted"dən icarəyə götürdükləri Kris Smollinqi komandada saxlamaq istədiklərini deyib. FutbolPlanet.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis ingilis müdafiəçidən razı olduqlarını deyib.

30 yaşlı futbolçu paytaxt klubunda 28 oyun keçirib, 2 qol vurub, 1 assist edib. Onun icarə müqaviləsi mövsümün sonunda başa çatır.