"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan Dortmund "Borussiya"sındakı sabiq komanda yoldaşı Robert Levandovski barədə danışıb. FutbolPlanet.Az xəbər verir ki, Almaniya millisinin üzvü polşalı futbolçunu dünyanın ən yaxşı ücumçusu hesab edib: "Leva ilə birgə oynamaq zövqverici idi. Mükəmmək texnikası var idi və vurduğu qollar əlçatmaz idi. Fikrimcə, dünyada ən yaxşı və qüsuru olmayan hücumçudur".