"Mançester Yunayted" Britaniya hökumətinin iş yerlərini qorumaqla bağlı dövlət proqramına qoşulmayacaq. FutbolPlanet.Az xəbər verir ki, proqram koronavirus pandemiyası ilə yaranan böhran vəziyyətində işçilərin əmək haqlarının 80%-nin dövlət büdcəsindən ödənilməsini əhatə edir. Klub 900 əməkdaşını, çempionatın dayandırılmasına rəğmən hökumətin köməyi olmadan maaşların tam şəkildə ödəniləcəyi barədə məlumatlandırıb. Eyni zamanda, "Mançester Yunayted" klub işçilərinin anti-koronavirus kampaniyalarında könüllü olaraq iştirak etmə ehtimalını nəzərdən keçirir. Daha əvvəl "Liverpul" və "Tottenhem"in iş yerlərinin qorunması ilə bağlı dövlət proqramında iştirak edəcəyi məlum olmuşdu.