Klyan Mbappe mövsümün sonunda klubunu dəyişməyəcək. FutbolPlanet.Az xəbər verir ki, fransız oyunçu PSJ-də qalacaq. Bu barədə klubun sahibi, Qətər əmiri Tamim bin Hamad Əl-Tani qərar verib. O, futbolçunun başqa bir kluba keçidinə qadağa qoyub. “İstər qar olsun, istər çovğun, Mbappe qalacaq. Bu qərarı əmir verib” – deyə mənbə bildirib. Daha öncə yayılan xəbərə görə, fransalı futbolçunu “Real” transfer etmək istəyir. Amma mənbə qeyd edib ki, Madrid klubunun təklifinə baxılmayacaq.