"Borussiya"nın ev oyunlarını keçirdiyi "Siqnal İduna Park" stadionu koronavirusla mübarizə məqsədilə istifadə olunacaq. FutbolPlanet.Az xəbər verir ki, bu barədə Dortmund klubunun saytı məlumat yayıb. 81 min nəfərlik azarkeş tutumuna malik arenanın sabahdan koronavirus şübhəsi ilə xəstələrin müalicə mərkəzi kimi fəaliyyət göstərəcəyi bildirilib. Tibbi mərkəzi stadionun şimal tribunası olacaq. Bunun üçün həmin tribunanın təmir edildiyi də vurğulanıb.