Hazırda "Spartak"da oynayan Ayaz Quliyev klubunu dəyişə bilər. FutbolPlanet.Az xəbər verir ki, ötən ilin yanvarında "Rostov"dan qayıdan yarımmüdafiəçinin çıxışı baş məşqçi Domene Tedeskonu qane etmir. 23 yaşlı yarımmüdafiəçinin adı "Qarabağ"la birgə çəkilir. O, növbəti mövsümdən icarə əsasında çempionumuzun heyətində çıxış edə bilər.