"Roma"nın sabiq baş məşqçisi Eusebio Di Françesko karyerasını Türkiyədə davam etdirə bilər. FutbolPlanet.Az xəbər verir ki, bu barədə 51 yaşlı çalışdırıcı özü məlumat verib. Onun sözlərinə görə, Türkiyədən bir klub onun xidmətində maraqlıdır: "Hər cür təcrübəyə hazıram. Türkiyənin bir klubundan və bir neçə millidən təklif almışam".

Həmin komandanın "Fənərbağça" olduğu müəyynləşib. Tərəflər bütün msələlərdə ortaq məxrəcə gələ bilsələr, növbəti mövsümdən əməkdaşlığa başlayacaqlar.