İcarə əsasında PSJ-də oynayan "İnter"in hücumçusu Mauro İkardi Paris klubundan ayrılmağa qərar verib. FutbolPlanet.Az xəbər verir ki, argentinalı hücumçunun mövsümün sonunda İtaliyaya qayıdacağı bildirilib. Futbolçu və meneceri olan xanımı Vanda Naranın PSJ-nin idman direktoru Leonardo ilə görüşərək, qərarlarını söylədikləri qeyd olunub. Bundan sonra isə Paris klubu Milan təmsilçisi ilə İkardinin komandada qalması ilə bağlı danışıqları dayandırıb.