"Yuventus"un əfsanəvi oyunçusu Alessandro Del Pyero maraqlı açıqlamalar verib. FutbolPlanet.Az xəbər verir ki, keçmiş futbolçu "Yuve" olan sevgisindən danışıb: "Uşaqlıqdan "Yuventus"a azarkeşlik edirəm. İtaliya B Seriyası da daxil olmaqla, komanda ilə hər şeyi qazanmışam. 2011-12 mövsümünün sonuncu matçı - "Atalanta" ilə görüş, çempion olmağımız karyeramın kulminasiya nöqtəsi idi. Bu, tituldan daha böyük mənalar ifadə edirdi. Komanda yoldaşlarımın və həmin gün stadionda olan azarkeşlərin yaşadıqlarını sözlə təsvir edə bilmərəm. "Yuventus"a olan sevgim bənzərsizdi və heç vaxt bitməyəcək".