"Bavariya" maaşları 20 faiz azaldacağını açıqlayıb. FutbolPlanet.Az xəbər verir ki, bu barədə klub rəsmisi Oliver Kan məlumat verib: "Bu gün həmrəylik nümayiş etdirməliyik. İdarə heyəti, məşqçilər və oyunçular maaşların azaldımasında həmfikirdilər. Bəzi klublar belə qərar verə bilmirlər. Ancaq biz bir ailəyik və ən çətin anlarda bir olmalıyıq".