Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştiano Ronaldo bu il karyerası ərzində 1 milyard dollar qazanan dünyanın dördüncü idmançısı, ilk futbolçusu olacaq. FutbolPlanet.Az xəbər verir ki, bu barədə "Business İnsider" məlumat yayıb. Bildirilib ki, bu, təkcə klubdan alınan maaşla bağlı deyil. Eyni zamanda buna reklam müqavilələri də daxildir.

Qeyd olunub ki, 35 yaşlı oyunçunun koronavirus pandemiyası səbəbindən Turin klubundakı 4 aylıq maaşından imtina etməsi belə onun 1 milyard dollar qazanmasına mane olmayacaq.

Xatırladaq ki, bundan əvvəl qolfçu Tayqer Vuds, boksçu Floyd Meyvezer və basketbolçu Maykl Cordan karyeraları ərzində bu məbləği qazanıb.