"Real"da oynayan Luka Modriç müqaviləsinin müddəti başa çatana qədər - gələn mövsümün sonunadək Madrid təmsilçisində qalmağa qərar verib. FutbolPlanet.Az xəbər verir ki, bu barədə xorvat yarımmüdafiəçi klub rəhbərliyinə məlumat da verib. O, heç bir klubla danışıqlar aparmayacağını vurğulayıb.