Almaniya millisi hazırkı baş məşqçi Yoahim Lövün əvəzinə "Liverpul"a rəhbərlik edən Yurgen Kloppu əsas namizəd kimi nəzərdən keçirir. FutbolPlanet.Az xəbər verir ki, bunu nəzərə alan klub Kloppu saxlamaq üçün ciddi tədbirlər görməli olacaq. Almaniyalı mütəxəssis də yığmaya mümkün təyinatını karyerasının məntiqli inkişafı kimi qarşılayır.