"Bavariya" hücumçusu Tomas Müllerlə yeni müqavilə barədə razılığa gəlib. FutbolPlanet.Az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi müqavilə müddətinin uzadılması təklifi ilə razılaşıb. Yeni müqavilənin müddəti 2023-cü ilin yayına kimi olacaq. Hazırda tərəflər arasında maaşla bağlı son detalların müzakirəsi aparılır.