"Keçən həftəyə qədər normal qaydada məşq etdik. Ancaq son yarış dayandı və evdə məşq etməyə başladıq". FutbolPlanet.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın ispan futbolçusu Miçel Madera ölkəsinin mətbuatına açıqlamasında deyib. O, koronavirusun yayılmasından sonra Azərbaycandakı vəziyyət haqda da danışıb: "Çölə çıxmaqda problem yoxdur. Ticarət mərkəzləri və restoranları saat 9-dək açıqdır. Bir çox yerə girməzdən əvvəl hərarətinizi ölçürlər".