İngiltərə Futbol Liqası Çempionşip, Liqa 1 və Liqa 2-də yarışan klublara maddi yardım ayırdığını elan edib. FutbolPlanet.Az xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb. Yardımın ümumi dəyəri 50 milyon funt (53 milyon avro) təşkil edir və 72 klub arasında bölünəcək. Bu pul nəzərdə tutulan mükafatların bağlanmasına yönəldiləcək. Ən çox yardım olan Çempionşip klubları olacaq (800 min funt). Həmçinin klublara faizsiz olaraq 584 min funt kredit veriləcək. Liqa 1 komandalarına 250 min funt (186 min isə kredit), Liqa 2 komandalarına isə 164 min funt (120 min kredit) ayrılacaq.

Koronavirus səbəbindən İngiltərədə liqalar müvəqqəti olaraq dayandırılıb. Bu isə xüsusən aşağı liqa klubları maddi vəziyyətinə ciddi təsir edib.