"Bavariya" maaş cədvəlində boşluq yaratmaq və heyətini gücləndirmək üçün əlavə vəsait əldə etmək məqsədi ilə yayda bəzi oyunçularla yolları ayırmağı planlaşdırır. FutbolPlanet.Az xəbər verir ki, Münhen təmsilçisi Jerom Boatenq (Jerome Boateng), Xavi Martines (Javi Martinez) və Koranten Tolissonu (Corentin Tolisso) satmağa hazırdı. Digər tərəfdən, münhenlilərin Manuel Noyer (Manuel Neuer) və Tomas Müllerlə (Thomas Muller) müqavilə yenilənəcəyi, İvan Perişiçin (Ivan Perisic) isə transfer hüquqlarına sahib çıxacağı gözlənilir. David Alabanın komandadakı gələcəyi sual altındadı. Onun adı "Barselona" və "Real"la birlikdə hallanır.