Millimizin sabiq üzvü Vüqar Nadirov FutbolPlanet.Az saytına açıqlama verib. Yığmamızın Millətlər Liqasında yer aldığı qrupu dəyərləndirən 32 yaşlı hücumçu baş məşqçi məsələsinə də toxunub: "Düşünürəm ki, millimiz yaxşı qrupa düşüb. İnşallah, qrupdan çıxarıq. Baş məşqçi məsələsinə gəlincə, mən də yerli çalışdırıcının tərəfdarıyam. Çünki əcnəbi baş məşqçi gəlsə, uşaqları tanımaq üçün bir az vaxta ehtiyacı olacaq. Bu səbəbdən ən ideal variant yerli mütəxəssisdir".

Nadirov hazırda əsas üstünlüyün uşaq futboluna verilməli olduğunu da sözlərinə əlavə edib: "İndiki vəziyyətdə üstünlüyü uşaq futboluna verməliyik. Ona görə ki, inkişaf oradan gəlir".