Türkiyəli məşqçi Abdullah Avcı milli komandamızı çalışdırmayacaq. FutbolPlanet.Az xəbər verir ki, bu barədə onun "Başakşəhər"də işlədiyi vaxt köməkçisi olmuş Sərhat Gülpınar açıqlama verib. Gənc mütəxəssis "Radyospor"a açıqlamasında Avcının mövsümün sonuna qədər dincəlmək istədiyini bildirib: "Abdullah Avcı ilə “Beşiktaş”dan ayrıldıqdan sonra görüşdük. O, qətiyyətlə mövsümün sonuna qədər işləməyəcəyini və istirahət edəcəyini dedi. Azərbaycan milli komandası üçün də təklif almışdı, ancaq mənfi nəticələndi".

Qeyd edək ki, 2019-cu ildən "Beşiktaş"ı çalışdıran Avcı uğursuz çıxışlara görə bu ilin yanvar ayında istefaya göndərilib.